Rusiyanın ən böyük neft məhsulları daşıyıcısı olan “REILGO MMC” şirkətinin rəhbəri Rəhman Xəlilov Rusiya təhlükəsizlik qüvvələrinin şirkətin ofisində axtarışlar aparması ilə bağlı yayılan məlumatları təkzib edib.Metbuat.az Report-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb. “Şirkətimizdə hər şey qaydasındadır, heç bir axtarış olmayıb, sakitlikdir”, - o deyib.“REILGO MMC”-dən “Report”a bildirilib ki, şirkətlə bağlı hər hansı əməliyyat-istintaq tədbirləri həyata keçirilməyib.“REILGO MMC” ofisində axtarış həyata keçirilməsi ilə bağlı istənilən məlumatı rəsmi olaraq təkzib edir və məsuliyyətlə bildirir ki, bu gün - 25 iyul 2025-ci il tarixində şirkətin ofisində iş adi rejimdə aparılıb”, - şirkətdən bildirilib.