AZ

İsgəndər Xəlilovun oğlu danışdı: "Ofisimizdə axtarış aparılması..."

Tanınmış azərbaycanlı iş adamı İskəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus olan Rusiyadakı “Railgo” şirkətində axtarış aparılması ilə bağlı yayılan xəbərlər təkzib olunub.

 

Şirkət nümayəndələri bu barədə “Minval Politika”ya rəsmi açıqlama veriblər.

 

Rusiya mətbuatında, xüsusilə “Mash” teleqram kanalında yayılan xəbərlərdə guya 25 iyul 2025-ci il tarixində Moskva şəhərində yerləşən “Railgo” şirkətinin ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparıldığı iddia olunurdu. Lakin bu məlumatlar “Railgo”nun rəhbərliyi tərəfindən qəti şəkildə təkzib olunub.

 

Şirkətin rəsmi açıqlamasında deyilir:

 

“Bu gün – 25 iyul 2025-ci il tarixində ‘Railgo’ MMC-nin Moskva şəhərində yerləşən ofisində iş prosesi tamamilə normal və adi rejimdə davam etdirilib. Həmin tarixdə nə şirkətin ofisində, nə də digər obyektlərində istənilən formada istintaq və ya əməliyyat tədbiri həyata keçirilməyib. Bütün yayılan məlumatlar əsassız və yalandır”.

 

“Railgo” MMC Rusiyanın ən iri neft məhsulları daşımaları ilə məşğul olan özəl nəqliyyat şirkətlərindən biridir. Şirkətin idarə heyətində azərbaycanlı iş adamlarının olması, xüsusilə Rəhman Xəlilovun rəhbərliyi altında fəaliyyət göstərməsi səbəbilə bu cür xəbərlər ictimai maraq doğurur.

 

Rəsmi açıqlamada vurğulanır ki, yayılan dezinformasiyalar məqsədli ola bilər və bu cür yalan məlumatlar şirkətin nüfuzuna zərər vurmağa yönəlib.

 

“Railgo” rəhbərliyi həmçinin media nümayəndələrini yalnız rəsmi və təsdiqlənmiş məlumatlara istinad etməyə çağırıb.

 

Musavat.com

Tarix: 25 İyul 2025, 20:33   
Seçilən
78
3
pravda.az

10Mənbələr