AZ

İsgəndər Xəlilov Kremlin hədəfində: Oğlu təkzib edir

Moskvadakı iki məlumatlı mənbənin haqqin.az-a verdiyi məlumata görə, oliqarx İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun ofisində aparılan axtarışlar barədə xəbər doğrudur.

Rəhman Xəlilov özü hazırda Bakıdadır. Və Moskvada baş verənləri təkzib edən bəyanatı Azərbaycan paytaxtında bir iş adamı hazırlayıb.

* * *

Railgo rəhbərliyi ofisində axtarış aparılması ilə bağlı məlumatı təkzib edir.

Bu barədə şirkətin haqqin.az-ın redaksiyasına daxil olan rəsmi məlumatında deyilir.

“25 iyul 2025-ci il tarixində “Railqo”nun ofisində işlər adi rejimdə aparılıb. “Railqo” ilə bağlı hər hansı istintaq hərəkətləri aparılmayıb”, – məlumatda deyilir.

*** 16:45

Rusiyanın neft məhsullarının daşınması şirkəti Railgo-da axtarışlar aparılır. Rusiya ictimaiyyətinin məlumatına görə, xüsusi təyinatlılar və müstəntiqlər Lujnikidəki ofisə basqın ediblər.

Sənədləri müsadirə edib, işçilərin ofisdən çıxmasına imkan verməyiblər.

“Railgo” azərbaycanlı Rəhman Xəlilova məxsusdur. Şirkət neft məhsullarının Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan daşınması ilə məşğuldur.

Rəhman Xəlilov azərbaycanlı əsilli rusiyalı oliqarx İsgəndər Xəlilovun oğludur.

image-875654_src image-875640_src

Seçilən
79
50
moderator.az

10Mənbələr