AZ

"Premium Bank" və onun vəzifəli şəxsi cərimələndi

Mərkəzi Bank "Premium Bank” ASC-ni 50 min manat, bankın vəzifəli şəxsini 10 min manat məbləğində cərimə edib.

Publika.az xəbər verir ki, bu barədə Mrəkzi Bank məlumat yayıb.

Bildirilib ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1-ci maddəsinə əsasən "Premium Bank” ASC 50 min manat məbləğində, İXM-nin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə "Premium Bank” ASC-nin vəzifəli şəxsi 10 min manat məbləğində cərimə edilib.

Seçilən
18
25
publika.az

10Mənbələr