AZ

"Premium Bank” və onun vəzifəli şəxsi 60 min manat cərimələndi

"Premium Bank” və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1-ci maddəsinə əsasən "Premium Bank” ASC 50 000 (əlli min) manat məbləğində, İXM-nin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə "Premium Bank” ASC-nin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilib.
 
 
 

Seçilən
25
25
7news.az

10Mənbələr