AZ

Avqustda keçiriləcək hərraclara müəssisə, texnika və nəqliyyat vasitələri çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 1, 5 və 7-də hərraclar keçiriləcək.

Dövlət Xidmətinin məlumatına görə, hərraclara müəssisə, texnika və 232 nəqliyyat vasitəsi çıxarılıb.

Avqustun 1-də keçiriləcək hərraca texnika və 16 lot üzrə 97 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1980-2012-ci illəri əhatə edir.

Avqustun 5-də keçiriləcək hərraca Şəki şəhərində yerləşən əmlak kompleksi və 18 lot üzrə 79 nəqliyyat vasitəsi çıxarılıb. Əmlak kompleksinin ümumi faydalı sahəsi 14.900 kvadratmetr, torpaq sahəsi 85.368 kvadratmetrdir. Avtomobillərin buraxılış tarixləri 1986-2018-ci illəri əhatə edir.

Avqustun 7-də keçiriləcək hərraca 56 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2001-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Seçilən
37
13
vergiler.az

10Mənbələr