İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 1, 5 və 7-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti dəfə hərraclar keçiləcək.
Mia.az xəbər verir ki, 1-ci hərraca texnika və 16 lot üzrə 97 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1980-2012-ci illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.