
Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğınlar başlayıb
Reyting.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Məlumata görə, yanğın Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Reyting.az-ın yerli sakinlərdən aldığı məlumata görə, bir neçə gün əvvəl Füzuli rayonunun Qacar kəndi istiqamətində başlayan yanğın qonşu Xocavənd rayonunun digər ərazilərində davam edir.
Əlavə məlumat veriləcək.