AZ

Ağdamda açıq ərazilərdə başlayan yanğın davam edir

Ağdam rayonunun Abdal və Gülablı kəndləri ərazisində başlayan yanğın davam edir.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin briqadaları; canlı qüvvə və texnikaları cəlb olunub.

Gündüz saatlarında ərazidə helikopterlər fasiləsiz çalışıb. Lakin ərazidə tüstü və dumanın yaratdığı görmə məhdudiyyəti havadan müdaxiləni mümkünsüz edib.

Onu da qeyd edək ki, əraziyə ətraf rayonlardan da əlavə heyət cəlb olunub.

Yanğınla mübarizə tam gücü ilə davam etdirilir.

AzPost.az

Seçilən
52
3
azpost.info

10Mənbələr