AZ

Orban: “Ukrayna bufer ölkədir” VİDEO

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az bildirir ki, Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radistansiyasının efirində belə bəyanat verib. Siyasətçinin sözlərinə görə, Aİ ölkələrinin liderləri Ukraynanı tezliklə birliyə qəbul etmək istəyirlər, lakin Budapeşt bunu qəbulolunmaz sayır. “Ukraynanın qəbuluna razılaşsaq, döyüş meydanına çevriləcəyik. Coğrafi baxımdan müharibə qonşu bölgəyə təsir göstərəcək, bu qəbuledilməzdir. Belə bir vəziyyətdən çoxlu macar gənci əziyyət çəkə bilər”, - Viktor Orban vurğulayıb. Q, bildirib ki, Budapeşt Ukraynanın Aİ-yə qəbul olunması əvəzinə Kiyevlə Qərblə Rusiya arasında birbaşa hərbi münaqişə təhlükəsi yaratmayacaq strateji əməkdaşlıq haqqında saziş bağlamağı təklif edir. Xatırladaq ki, iyunun 26-da Brüsseldə keçirilən Aİ sammitində Macarıstan birliyə üzv dövlətlərin Ukraynanın ora daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyən ümumi bəyanatını bloklayıb. Ukraynanın üzvlük məsələsinin müzakirə olunmadığı NATO sammitində Orban analoji mövqedən çıxış edib. O, Ukraynanın Aİ-yə qəbul oluna bilməyəcəyi barədə bəzyanatını bu ölkənin hazırkı sərhədlərinin və əhalisinin sayının qeyri-müəyyənliyi ilə əsaslandırıb. Onun fikrincə, həm də indi Ukraynanın özülyündə nəyi ehtiva edən bir dövlət olduğu məlum deyil. Sahil İsgəndərov

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
37
azvision.az

10Mənbələr