AZ

Orban: "Ukrayna Avropa İttifaqına qəbul edilməməlidir"

"Ukraynanı Avropa İttifaqına (Aİ) və NATO-ya cəlb etmək üçün növbəti cəhdlər Qərblə Rusiya arasında güc balansının pozulmasına gətirib çıxaracaq və Moskvanın cavab addımlarına səbəb olacaq".

Paralel.az xəbər verir ki, belə bir xəbərdarlıqla Macarıstanın baş naziri Viktor Orban çıxış edib.

O qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü irəli sürülərsə, o zaman alyansın üzvləri "həmişə ekzistensial böhran içində" olacaqlar.

Orban bildirib ki, eyni səbəbdən Ukrayna Aİ-yə də qəbul edilməməlidir, çünki bu, Rusiya ilə də müharibəyə gətirib çıxaracaq. Onun sözlərinə görə, bütün Brüssel alt-üst edilsə belə, buna yol vermək olmaz.

Qeyd edək ki, daha əvvəl də Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, Ukraynanı Aİ və NATO-ya qəbul etmək cəhdləri Avropa ilə Rusiya arasında birbaşa silahlı münaqişəyə gətirib çıxaracaq və faktiki olaraq üçüncü dünya müharibəsinə səbəb olacaq.(oxu.az)

Seçilən
78
4
paralel.az

10Mənbələr