Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən görüşdə əldə olunan razılaşmaların əhəmiyyətli olduğunu bildirib. Metbuat.az xəbər verir ki, Peskov İstanbuldakı Çırağan sarayında sülh danışıqları ilə bağlı jurnalistlərə açıqlama verib. Peskov əsir götürülən azı 1200 əsgərin və cəsədlərinin dəyişdirilməsi ilə bağlı razılıq əldə edildiyini qeyd edib. O, "Biz danışıqlarda irəliləyiş gözləmirdik. Bu, mümkün deyil. (Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir) Medinski bildirmişdi ki, memorandum layihələri ziddiyyətlidir. Bununla belə, qaldırdığımız məsələlər konstruktiv və konkret nəticələrə nail olmaq üçün mənalı iş tələb edir. Mübadilə prosesinin davam etdirilməsi və qalıqların qaytarılması vacib və insani baxımdan müsbət inkişaf olaraq qalmalıdır” - deyə bildirib. Peskov qeyd edib ki, Ukrayna tərəfi danışıqlarda liderlər sammitinin keçirilməsi məsələsini qaldırıb və buna nail olmaq üçün bütün lazımi addımların atılmasının vacibliyini vurğulayıb.