AZ

Peskov İstanbulda keçirilən sülh danışıqlarını dəyərləndirdi

Kremlin sözçüsü Dmitriy Peskov, Rusiya ilə Ukrayna arasında Türkiyənin ev sahibliyində keçirilən üçüncü raund sülh danışıqlarında əldə olunan razılaşmaları mühüm və müsbət addım kimi dəyərləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

O, danışıqlarda ən azı 1200 əsir hərbçinin qarşılıqlı olaraq dəyişdirilməsi və cənazələrin təhvil verilməsi ilə bağlı razılıq əldə edildiyinə diqqət çəkərək deyib:

“Danışıqlarda böyük irəliləyiş gözləmirdik. Bu, mümkün deyil. Rusiya heyətinin rəhbəri Vladimir Medinski dünən memorandum layihələrinin bir-birinə zidd olduğunu bildirdi. Lakin gündəmə gətirdiyimiz məsələlər, konstruktiv və konkret nəticələr əldə olunmasına xidmət edən ciddi işlər tələb edir. Əsir mübadiləsinin davam etməsi və cənazələrin təhvil verilməsi isə humanitar baxımdan son dərəcə mühüm və müsbət bir addımdır. Bu mövzu gündəmdə qalmalıdır.”

Peskov, Ukrayna tərəfinin danışıqlarda liderlər səviyyəsində bir zirvə görüşünün keçirilməsini təklif etdiyini də qeyd edərək, bunun üçün bütün zəruri hazırlıqların aparılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Türkiyənin ev sahibliyi ilə dünən İstanbulda Rusiya və Ukrayna arasında üçüncü raund sülh danışıqları keçirilmişdi.

Seçilən
63
2
operativmm.az

3Mənbələr