AZ

Salyanda Kürün səviyyəsi kəskin şəkildə düşdü


Son iki ayda Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.

News24.az Report-a istinadən xəbər verir ki, son günlər havaların quraq keçməsi Kür çayına da ciddi təsir göstərib.

Çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə azalır. Son iki ayda isə Kürdə suyun səviyyəsi 4 metrdən çox düşüb.

Vəziyyətdən çıxmaq üçün bəzi nasoslara əlavə borular quraşdırılır, su çıxmayan nasos stansiyalarının qarşısı qazılaraq dərinləşdirilsə də, çayda suyun səviyyəsi aşağı olduğundan nasoslar tam gücü ilə işləyə bilmir.

Mütəxəssislər hesab edir ki, çayda suyun azalması prosesi avqust ayınadək davam edəcək.


Seçilən
193
14
news24.az

10Mənbələr