AZ

Salyanda Kürün səviyyəsi kəskin şəkildə düşdü

 

Son iki ayda Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.

Sitat.info xəbər verir ki, son günlər havaların quraq keçməsi Kür çayına da ciddi təsir göstərib.

Çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə azalır. Son iki ayda isə Kürdə suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.

Vəziyyətdən çıxmaq üçün bəzi nasoslara əlavə borular quraşdırılır, su çıxmayan nasos stansiyalarının qarşısı qazılaraq dərinləşdirilsədə çayda suyun səviyyəsi aşağı olduğundan nasoslar tam gücü ilə işləyə bilmir.

Mütəxəssislər hesab edir ki, çayda suyun azalması prosesi avqust ayınadək davam edəcəyi gözlənilir.

 

Seçilən
168
14
sitat.info

10Mənbələr