AZ

Rusiyanın Amur vilayətində təyyarə qəzasından sonra fövqəladə vəziyyət elan edilib

Təxminən 40 sərnişin və 6 ekipaj üzvü olan "An-24" təyyarəsinin qəzaya uğramasından sonra Rusiyanın Amur vilayətində fövqəladə vəziyyət elan edilib. Əməliyyat qrupu gecə-gündüz fəaliyyət göstərəcək...

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə vilayət qubernatoru Vasili Orlov məlumat verib.

"Anqara" aviaşirkətinin "An-24" təyyarəsinin qəzasının nəticələrinin aradan qaldırılması üzrə işlərin əlaqələndirilməsi üçün operativ qərargah təşkil edilib. O, gecə-gündüz fəaliyyət göstərəcək. Bütün qüvvə və vasitələrin səfərbər edilməsi üçün bölgədə fövqəladə vəziyyət elan edilib", - deyə o yazıb.

Poliqon.info

Seçilən
67
1
poliqon.info

2Mənbələr