Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Təxminən 40 sərnişin və 6 ekipaj üzvü olan "An-24" təyyarəsinin qəzaya uğramasından sonra Rusiyanın Amur vilayətində fövqəladə vəziyyət elan edilib. Əməliyyat qrupu gecə-gündüz fəaliyyət göstərəcək.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə vilayət qubernatoru Vasili Orlov məlumat verib.
"Anqara" aviaşirkətinin "An-24" təyyarəsinin qəzasının nəticələrinin aradan qaldırılması üzrə işlərin əlaqələndirilməsi üçün operativ qərargah təşkil edilib. O, gecə-gündüz fəaliyyət göstərəcək. Bütün qüvvə və vasitələrin səfərbər edilməsi üçün bölgədə fövqəladə vəziyyət elan edilib", - deyə o yazıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.