Ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edən "ALPA" ASC-nin nizamnamə kapitalı 200 min manat artırılır.
Marja.az xəbər verir ki, 23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ALPA" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "ALPA" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001026678
Səhmlərin növü və forması: Səhmlər sənədsiz adlı, adi
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 80 ədəd
İlkin ticarət qiyməti: 2500 manat
Buraxılış həcmi: 200 000 manat
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “Assist Finance İnvestisiya Şirkəti” ASC