EN

"ALPA" şirkətinə əlavə maya qoyulur

Ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edən "ALPA" ASC-nin nizamnamə kapitalı 200 min manat artırılır. 

Marja.az xəbər verir ki, 23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ALPA" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "ALPA" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001026678

Səhmlərin növü və forması:  Səhmlər sənədsiz adlı, adi

Ticarət üsulu/forması:  Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı:  80 ədəd

İlkin ticarət qiyməti:  2500 manat

Buraxılış həcmi: 200 000 manat

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter: “Assist Finance İnvestisiya Şirkəti” ASC

alpaascsəhm
Chosen
48
marja.az

1Sources