Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 23-də ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə və 1992 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 16619 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.