BAKI, 19 iyul. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 18-də ümumi çəkisi 58,5 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 182 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 5,5 tona yaxın 14986 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumay yayıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.