Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda həyat sığortasıüzrə sığorta şirkətlərinin yığımları 421,8 milyon manat təşkiledib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 64,1 milyon manat və ya 17,9% çoxdur.
Eyni zamanda hesabat dövründə həyat sığortası üzrə ödənişlərinhəcmi 300,6 milyon manat təşkil edib. Bu isə 2024-cü ilinyanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 67,5 milyon manatvə ya 29% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqıyığılıb.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,9 milyonmanat və ya 12,7% çoxdur.
Eyni zamanda 2025-ci ilin ilk 6 ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 432,198 milyon manat sığorta ödənişiedilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,1 milyonmanat və ya 21,4% artım deməkdir.