Bu ilin I yarısında Azərbaycanda 14 min 820,3 ton kolbasa məmulatları istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.
İyulun 1-nə ölkədə 38,5 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 29 % azdır.
Hesabat dövründə Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12 % çoxdur.