AZ

Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir

Azərbaycanın

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) təşəbbüsü və sifarişi ilə Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Səlimovanın həyat və fəaliyyətinə həsr olunmuş bədii filmin çəkilişlərinə başlanılıb.Ulusum.az ASCO-ya istinadən xəbər verir ki, "Şövkət" adlı ekran əsərinin əsas məqsədi dənizçilik tariximizdə iz qoymuş xanım kapitanın həyat yolunu və qəhrəmanlığını bədii dillə tamaşaçılara təqdim etməklə yanaşı, İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyin cəbhəyə verdiyi töhfələri, qadınların gəmiçilik sahəsindəki rolunu və ümumilikdə lider qadın obrazını ön plana çıxarmaqdır.Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə də 100-dən artıq aktyor iştirak edir. Ekran işində 22 yaşlı Şövkət Səlimovanının obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırır. Bundan başqa, filmdə Xalq artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər simalar da rol alır.Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri Asif Rüstəmov və "Suraxanı" gəmi-muzeyinin direktoru Tural İbrahimovdur. Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri Səbinə Həsənovadır.Çəkilişlər ASCO-nun donanmasına məxsus gəmilərdə və digər real məkanlarda aparılır.Onu da əlavə edək ki, filmin çəkiliş prosesinin gedişatı barədə davamlı məlumat veriləcək.

Diqqət Çəkənlər

Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO

Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin

Diz ağrısının səbəbi yalnız travma deyil

Seçilən
82
15
ulusum.az

10Mənbələr