AZ

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir (FOTO)

Bakı. Trend:

ASCO-nun təşəbbüsü və sifarişi ilə Azərbaycanın ilk qadın gəmikapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Səlimovanınhəyat və fəaliyyətinə həsr olunmuş bədii filmin çəkilişlərinəbaşlanılıb.

Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.

Bildirilib ki, “Şövkət” adlı ekran əsərinin əsas məqsədidənizçilik tariximizdə iz qoymuş xanım kapitanın həyat yolunu vəqəhrəmanlığını bədii dillə tamaşaçılara təqdim etməklə yanaşı,İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milligəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, qadınların gəmiçiliksahəsindəki rolunu və ümumilikdə lider qadın obrazını ön planaçıxarmaqdır.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcədə 100-dən artıq aktyor iştirak edir. Ekran işində 22 yaşlı ŞövkətSəlimovanının obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırır.Bundan başqa, filmdə Xalq artisti Qurban İsmayılov, tanınmışaktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digərsimalar da rol alır.

Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələrdepartamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri AsifRüstəmov və “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimovdur.Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoruRauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseriSəbinə Həsənovadır.

Çəkilişlər ASCO-nun donanmasına məxsus gəmilərdə və digər realməkanlarda aparılır.

Onu da əlavə edək ki, filmin çəkiliş prosesinin gedişatı barədədavamlı məlumat veriləcək.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
72
16
az.trend.az

10Mənbələr