AZ

SOCAR Daşkənddə mühüm saziş imzalayıb I FOTO

Qurumdan AzVision.az -a verilən məlumata görə, görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Bu xüsusda, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişin imzalanmasının əhəmiyyətiqeyd edilib. Şirkətlər arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha sonra SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.

Saziş müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyin olunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu müddət ərzində SOCAR operator olaraq fəaliyyət göstərəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində yekunlaşdırılması planlaşdırılır.

Sazişin imzalanması enerji sahəsində strateji əməkdaşlıq üçün yeni imkanlar açır və hər iki tərəf üçün fayda gətirəcək.


AzVision.az

Qalereya


Seçilən
40
9
azvision.az

10Mənbələr