Bakı. Trend:
24 iyul 2025-ci il tarixində Daşkənddə SOCAR-ın prezidentiRövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri JurabekMirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarəHeyətinin sədri Baxodirjon Sidiqov arasında görüş keçirilib.
Trend SOCAR-aistinadən xəbər verir ki, görüşdə SOCAR ilə “Uzbekneftegaz” SəhmdarCəmiyyəti arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadəolunub. Bu xüsusda, “Üstyurt” investisiya bloklarının (Boyterak,Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı,işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişin imzalanmasınınəhəmiyyəti qeyd edilib. Şirkətlər arasında əməkdaşlığınperspektivləri müzakirə olunub.
Daha sonra SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə ÖzbəkistanRespublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt”investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy,Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə PayBölgüsü Sazişi imzalanıb.
Saziş müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyinolunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdətutulur. Bu müddət ərzində SOCAR operator olaraq fəaliyyətgöstərəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azıbir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətindəyekunlaşdırılması planlaşdırılır.
Sazişin imzalanması enerji sahəsində strateji əməkdaşlıq üçünyeni imkanlar açır və hər iki tərəf üçün fayda gətirəcək.