AZ

QHT “Kənd sağlamlığı günləri” adlı seminar keçirib

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.

"Cebheinfo.az" xəbər verir ki, seminar zamanı Saatlı rayonun ucqar kəndlərindən (Varxankənd və Qaralar) olan 20 nəfərdən artıq fəal sakinlər arasında , QİÇS əleyhinə və eləcədə vərəm və onun yoluxma yolları ilə bağlı təbliğat işləri aparılmış, HİV və Vərəm əleyhinə məlumat matrialları paylanılmışdır. Seminarda“Tərəqqi” Sosial Tədqiqatlar İB-nin sədri və layihə rəhbəri Calal Əmənov, kənd ziyalıları və fəal kənd sakinləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, “Tərəqqi” Sosial Tədqiqatlar İB-nin sədri Calal Əmənov layihənin məqsədi, hədəfləri və təşkilat barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra seminarda çıxış edən mütəxəsis həkim «HİV-in erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər», «Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyət, profilaktika tədbirləri və qorunma yolları» mövzusunda ətraflı məlumat verdi.

Sonda mövzular ətrafında diskussiyalara start verildi. İştirakçılar onları maraqlandıran suallara dolğun cavablar aldılar.

"Cebheinfo.az"

Seçilən
16
4
cebheinfo.az

10Mənbələr