AZ

Demokratiya və İnsan Hüquqları Komitəsi layihə çərçivəsində Hacıqabulda tədbir keçirib - FOTOLAR

Demokratiya və İnsan Hüquqları Komitəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihəni uğurla davam etdirir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 16 iyul 2025-ci il tarixində  hacıqabul rayonunda keçirilib.

Tədbirdə  Hacıqabul  rayon  İcra Hakimiyyətinın səlahiyyətli nümayəndəsi  və Hacıqabul rayon PŞ –nin narkotiklərlə mübarizə İdarəsinin  baş əməliyyat  müvəkkili, polis mayoru  Abbasov Daşqın  da iştirak edib.

Hacıqabul rayon PŞ –nin narkotiklərlə mübarizə İdarəsinin  baş əməliyyat  müvəkkili, polis mayoru   Daşqın  Abbasov  narkotiklə mübarizədə görülən işlər haqda   iştirakçılara  məlumat verib. Bu mübarizənin  təkcə hüquq mühafizə orqanlarının deyil bütövlükdə xalqın birgə mübarizəsi olduğunu vurğulayıb.
Maarifləndirmə, müzakirələr və qrup işləri formatında keçirilən tədbiri layihənin təşkilatçısı Nabat  Qəniyeva layihənin məqsədi və donor təşkilat haqqında məlumat verib. 

Tədbirin təlimçisi, həkim-narkoloq Ayxan Bağırov iştirakçılara narkomaniyanın tibbi fəsadları barədə aşağıdakı mövzularda ətraflı məlumat verdi:
1.    Narkotik vasitələrin növləri və onlar barəsində məlumat.
2.    İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
3.    Narkotiklərdən asıllıqın  yaranma səbəbləri.
4.    Narkomaniyanin törətdiyi fəsadlar.
5.    Narkomnaiya ilə necə mübarizə aparılmalı.
6.    Narkomaniyanın yeni istifadəçilərinin müəyyən edilməsi və ilkin profilaktik müdaxilənin formaları.
7.    Narkoloji test haqında  məlumat.

Tədbirdə iştirak edən müəllimlər, məktəb psixoloqları mövzu ətrafında öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçılar 4 kiçik qrupa bölünüb və hər qrupa 3 sual təqdim olunub. Qrup işinin nəticələri təqdimat formatında paylaşılıb və geniş müzakirələr aparılıb. Hacıqabul rayonu, H. Əliyev Mərkəzində keçirilən tədbirdə 22 nəfər  iştirak edib.

Qeyd edək ki, layihə Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarını əhatə edir və 3 ay müddətində icra olunur.

Seçilən
7
12
qht.az

10Mənbələr