AZ

Bakı–Qazax yolunda mikroavtobusla yük maşını toqquşdu: 11 NƏFƏR XƏSARƏT ALIB -FOTO

Ucarda mikroavtobusla yük maşını toqquşub.

 

Senzor.az bildirir ki, hadisə Bakı–Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

Hərəkətdə olan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
69
5
senzor.az

6Mənbələr