AZ

Bakı–Qazax yolunda mikroavtobusla yük maşını toqquşdu: 10 nəfər xəsarət aldı

Ucarda mikroavtobusla yük maşını toqquşub.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Bakı–Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir.

Seçilən
83
5
publika.az

6Mənbələr