AZ

OBA məhsulu göstərilən qiymətdən baha satıb

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən " OBA Market" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Axar.az-a Agentlikdən məlumat verilib.

Qeyd olunub ki, şirkət qida məhsulunu üzərində göstərildiyi qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
147
12
axar.az

10Mənbələr