AZ

"Veysəloğlu"ya daxil olan daha bir mağazada süni qiymət artımı



Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən " OBA Market" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Newscenter.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərildiyi qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

Mehman Mehdiyev
Seçilən
126
14
newscenter.az

10Mənbələr