AZ

Rusiya və Ukrayna 1200-ə yaxın məhbusu dəyişdirəcək

Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın məhbusu dəyişdirəcək.

XəzərNews.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 3 min əsgərinin meyitini təhvil verməyi də təklif edib.

Qeyd edək ki, məlumatlara görə, İstanbulda keçirilən danışıqların üçüncü raundunda Rusiya və Ukrayna arasında təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılıq əldə olunub.

Moskva və Kiyev nümayəndələrinin İstanbuldakı görüşü 40 dəqiqəyə yaxın davam edib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
6
1
xezernews.az

7Mənbələr