Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın əsiri dəyişdirəcək.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 3 min əsgərinin meyitini təhvil verməyi də təklif edib.
22:50
İstanbulda keçirilən danışıqların üçüncü raundunda Rusiya və Ukrayna arasında təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılıq əldə olunub.
Moderator.az xəbər verir ki, bu barədə TASS-dakı mənbə məlumat yayıb.
"Əsas nəticə təkcə hərbçilərin deyil, mülki şəxslərin də mübadiləsidir", - agentliyin mənbəsi bildirib.
Moskva və Kiyev nümayəndələrinin İstanbuldakı görüşü 40 dəqiqəyə yaxın davam edib. Qeyd olunur ki, üçüncü turun davamı olmayacaq.