AZ

Bakıda yeni avtobus parkı salınacaq

  Bakıda yeni avtobus parkının tikintisinə başlanılır.

Referans xəbər verir ki, avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində Albalılıq ərazisində tikiləcək.

Belə ki, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla bağlı müvafiq işlərə yekun vurub.

MMC sözügedən işlərin icrasını "Bakıyaşayıştikinti" şirkətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 12 922 360 manat ödənilib.  

Seçilən
16
11
referans.az

10Mənbələr