Bakıda yeni avtobus parkının tikintisinə başlanılır.
Publika.az xəbər verir ki, avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində Albalılıq ərazisində tikiləcək.
Belə ki, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla bağlı müvafiq işlərə yekun vurub.
MMC sözügedən işlərin icrasını "Bakıyaşayıştikinti" şirkətinə həvalə edib və müqavilə bağlayıb.