Goranboyda tikinti materialları mağazasında baş verən yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, ətraf ərazilər yanğından mühafizə edilib.
***
20:45
Goranboy rayonunun Qərvənd kəndində yerləşən tikinti materialları mağazasında yanğın hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, mağazada qəfildən başlayan yanğınla bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.