AZ

Goranboyda tikinti materialları mağazasında baş verən yanğın söndürülb - YENİLƏNİB

Goranboyda tikinti materialları mağazasında baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, ətraf ərazilər yanğından mühafizə edilib.

***
20:45


Goranboy rayonunun Qərvənd kəndində yerləşən tikinti materialları mağazasında yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, mağazada qəfildən başlayan yanğınla bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
46
2
apa.az

4Mənbələr