AZ

İran BAEA-nın texniki missiyasını qəbul etməyə razılaşıb

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qarşılıqlı fəaliyyətin yeni formatını müzakirə etmək üçün yaxın həftələrdə BMT-nin nüvə nəzarəti orqanının texniki missiyasını qəbul etməyə razılaşıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qaribabadi Nyu-Yorka səfəri zamanı bildirib.

“Nümayəndə heyəti İrana nüvə obyektlərinə baş çəkmək üçün yox, bu formatı müzakirə etmək üçün gələcək”, - deyə o, jurnalistlərin suallarını cavablandırıb.

Qaribabadi həmçinin bildirib ki, İran öz ehtiyaclarını ödəmək üçün uranı zənginləşdirmək niyyətindədir və bu işdə başqalarına arxalana bilməyəcəyini hesab edir.

“Zənginləşdirmə məsələsinə gəlincə, İran uranı öz ehtiyaclarına uyğun zənginləşdirəcək. Mən bunu deyə bilərəm. Özümüzə lazım olanları edə biləcək vəziyyətdə olmalıyıq... Bu məsələdə acınacaqlı təcrübəmiz olub. Biz üçüncü tərəfə arxalana bilmərik”, - o, Tehranın uranın zənginləşdirilməsinə moratorium qoymağa hazır olub-olmayacağı ilə bağlı sualın cavabında söyləyib.

phrase_var_article.chosen
9
2
report.az

10phrase_var_article.sources