İran yaxın iki-üç həftə ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) texniki nümayəndə heyətini qəbul etməyə razılıq verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi Nyu-Yorkda keçirilən brifinqdə bildirib.
“Dəyişən şəraitdə iş üsullarını müəyyən etmək üçün agentliklə yeni müzakirələr lazımdır”, – diplomat izah edib.
O əlavə edib ki, ekspertlərin səfəri prosedur məsələlərinin razılaşdırılmasına şərait yaradacaq.