AZ

Alonso ulduz futbolçunun üstündən xətt çəkdi

“Real Madrid”in məşqçisi Xabi Alonso növbəti mövsüm üçün planları çərçivəsində komandanın bütün oyunçuları ilə təkbətək görüşlər keçirib. Metbuat.az xəbər verir ki, Alonso heyətdəki mövqeləri barədə onlarla söhbət edib. İspaniya mətbuatının yazdığına görə, Alonso braziliyalı ulduz Rodriqo Qoesə az oyun şansı əldə edəcəyini ifadə edib. Məlumata görə, bu açıqlama futbolçunun "Santyaqo Bernabeu"dan ayrılmasına zəmin yarada bilər.

Qeyd edək ki, “Real Madrid”in yüksək maaş alan Rodriqonu Premyer Liqa nəhənginə göndərmək istədiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, “Liverpul” və Rodriqonun nümayəndələri arasında birbaşa danışıqlar gedir. Bildirilir ki, “Real” Rodriqonu klubdan göndərmək istədiyini futbolçuya bildirib.

phrase_var_article.chosen
15
28
metbuat.az

10phrase_var_article.sources