"Real Madrid" klubu 4 futbolçusu ilə yollarını ayırmaq istəyir. Metbuat.az xəbər verir ki, məşqçi Xabi Alonso klub rəhbərliyindən yarımmüdafiəçilər Brahim Dias, Dani Sebalyos, Rodriqo Qoeş və müdafiəçi Fran Qarsiyanın göndərilməsini istəyib. Alonso onları planlarına daxil etməyib. Bildirilir ki, Alonso Rodriqonun da göndərilməsinə etiraz etməyib. Rodriqo göndərilsə, “Real” maaş büdcəsini artıraraq, onun əvəzinə yarımmüdafiə və mərkəz hücumçusu mövqelərinə transfer edə bilər. Qeyd edək ki, Brahim Dias Arda Güler və Endriklə heyətə düşmək uğrunda rəqabətdə idi.