Vladimir Zelenski bu gün İstanbulda Rusiya ilə danışıqların üçüncü raundu başlamazdan əvvəl Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerova verdiyi göstərişləri açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
“Bu gün Türkiyədə keçirilən danışıqlarda Ukraynanın nümayəndələri dərhal və tam atəşkəsin zəruriliyində yenə təkid edəcəklər”, - Zelenski qeyd edib.
O əlavə edib ki, Ukrayna nümayəndə heyəti kritik infrastruktura hücumların dayandırılmasında israrlı olacaq.
Qeyd edək ki, ekspertlər tərəflərin əsirlərin və hərbi qulluqçuların cəsədlərinin yeni mübadiləsi ilə bağlı razılığa gələ biləcəyini də gözləyirlər.