Aktual.az xəbər verir ki, bu barədə məlumat Ukrayna liderinin rəsmi saytında dərc olunub.
12 nəfərdən 14 nəfərə qədər genişləndirilən nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov başçılıq edir. Heyətin tərkibində həmçinin Xarici İşlər Nazirliyinin, Prezident Ofisinin, Ukrayna Silahlı Qüvvələrinin, Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin nümayəndələri də var.
Qeyd edək ki, Rusiya-Ukrayna nümayəndə heyəti arasında danışıqlar bu gün İstanbulun Çırağan sarayında başlayacaq. Görüşün saatı hələ də təsdiqlənməyib.