Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə bu gün qərar verib.
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi bank məlumat yayıb.
Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib: "Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib".