AZ

Ölkəmizdə uçot dərəcələri endirildi Son 1 ildə ilk dəfə

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, AMB-nin İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25%-dən 7%-ə endirilməsi barədə qərar qəbul edib.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25%-dən 6%-ə, yuxarı həddi isə 8,25%-dən 8%-ə endirilib.

“Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib”, - deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə sentyabrın 10-u açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanda uçot dərəcəsi 1 ildən artıqdır sabit saxlanılırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
156
19
qafqazinfo.az

10Mənbələr