AZ

ABŞ və Yaponiya arasında yeni ticarət razılaşması: 550 milyard dollarlıq sərmayə

BAKI,TurkicWorld

Yaponiya ABŞ-la əldə olunan yeni ticarət razılaşması çərçivəsində ölkə iqtisadiyyatına 550 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial media hesabından məlumat verib.

Tramp açıqlamasında razılaşmanı “indiyə qədər bağlanmış ən böyük müqavilələrdən biri” adlandırıb.

“Biz Yaponiya ilə böyük bir ticarət razılaşmasına imza atdıq. Bu, bəlkə də tarixdəki ən böyük müqavilələrdən biridir” – deyə o bildirib.

Trampın sözlərinə görə, razılaşma nəticəsində ABŞ iqtisadiyyatı bu investisiyalardan 90 faiz dərəcəsində gəlir əldə edəcək və minlərlə yeni iş yeri yaradılacaq. Müqavilənin şərtlərinə əsasən, Yaponiyadan ABŞ-a idxal olunan mallara 15 faizlik gömrük rüsumu tətbiq olunacaq.

ABŞ hökumətinin dərc etdiyi rəsmi statistikaya əsasən, 2024-cü ilin yekunlarına görə, iki ölkə arasında ümumi ticarət dövriyyəsi 227,9 milyard dollar təşkil edib. Bu məbləğin 79,7 milyard dolları ABŞ-dan Yaponiyaya ixrac edilən, 148,2 milyard dolları isə Yaponiyadan ABŞ-a idxal edilən məhsulların payına düşüb

Seçilən
24
1
turkic.world

8Mənbələr