AZ

İyun ayında Türkiyədən Qırğızıstana sement ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Qırğızıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 51,8 faiz artaraq, 400 min 3 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq, 1 milyon 541 min 18 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 2 milyard 180 milyon 897 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 366 milyon 551 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 4 milyard 349 milyon 834 min dollar məbləğində sement ixrac edib.

Seçilən
24
15
turkic.world

10Mənbələr