AZ

İyun ayında Türkiyədən Qazaxıstana dəri ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Qazaxıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz artaraq, 2 milyon 452 min 80 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qazaxıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 80,9 faiz artaraq, 30 milyon 371 min 18 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 717 milyon 307 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 90 milyon 711 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 8,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 1 milyard 494 min 771 dollar məbləğində dəri ixrac edib.

phrase_var_article.chosen
22
15
turkic.world

10phrase_var_article.sources